Ramil Şeydayev oynamayacaq

Ramil Şeydayev oynamayacaq
14-11-2017 / 00:35 FUTBOL
1639

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2019-un seçmə mərhələsində Kosovo ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, millimiz bu oyunda Ramil Şeydayevin xidmətindən yararlana bilməyəcək.

 

Belə ki, Almaniya və Kosovo ilə oyunlar üçün yığmanın düşərgəsinə dəvət alan milli üzvü ilk qarşılaşmanı zədə səbəbindən buraxmışdı. Hücumçunun bu qarşılaşmada oynaması isə sual altnda idi.

 

Şeydayev feysbuk hesabında bu barədə məlumat yayıb. O, bildirib ki, artıq yüngül məşqlərə başlasa da, sözügedən oyunda iştirak etməsi mümkün deyil.

 

Qeyd edək ki, yığmamız analoji səbəbdən digər hücumçusu Renat Dadaşovun xidmətindən də yararlana bilməyəcək.