DÇ-2018: Danimarka mundiala darmadağınla gedir - YENİLƏNİB

DÇ-2018: Danimarka mundiala darmadağınla gedir - YENİLƏNİB
15-11-2017 / 01:36 FUTBOL
5713

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu pley-off oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, köhnə qitədən mundiala yollanan sonuncu komandanın bəlli olduğu oyunda Danimarka ilə İrlandiya üz-üzə gəlib.

 

Danimarkada keçirilmiş ilk qarşılaşmadan tərəflər qolsuz bərabərliklə ayrılmışdılar. İkinci oyun isə gözlənilməz nəticə ilə başa çatıb.

 

Hesabı meydan sahibləri açsa da, sonradan toparlanan qonaqlar 5 qol vuraraq mundiala vəsiqəni darmadağınla qazanıblar.

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası, cavab qarşılaşması

14 noyabr

 

İrlandiya – Danimarka - 1:5

Qollar: Daffi, 6 - Kristensen, 29, Eriksen, 32, 63, 74, Bentner, 90 (pen.)

İlk oyun – 0:0