Yığmada ikinci itki

Yığmada ikinci itki
14-11-2017 / 09:33 FUTBOL
558

Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, yığmanın düşərgəsini daha bir futbolçu tərk edib.

 

“Vətən”in oyunçusu Fərrux Fərzəliyev zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb. O, belə halla üzləşən ikinci futbolçudu. Bunadək “Qəbələ” klubunun üzvü Rauf Məhərrəmov da eyni səbəbdən yığmadan ayrılmışdı.