Azərbaycan – Kosovo: Yenə məğlubiyyət?

Azərbaycan – Kosovo: Yenə məğlubiyyət?
14-11-2017 / 10:33 FUTBOL
519

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin bu gün keçiriləcək oyunları üçün əmsalla açıqlanıb. Apasport.az saytının məlumatına görə, xarici bukmeker kontorları “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Kosovo görüşünə də pul qoyuluşu qəbul edəcək.

 

Matçda qonaqlar favorit kimi göstərilib. Belə ki, yığmamızın qələbəsini 3,075 əmsalla qiymətləndirildiyi halda, kosovoluların 3 xal qazanmasına 2,37 əmsal verilib. Görüşdə heç-heçə proqnozlaşdıranlar isə əmanətlərini 3,56 dəfə artıra bilərlər.