Gimnastlar mübarizəyə başlayır

Gimnastlar mübarizəyə başlayır
14-11-2017 / 18:49 DİGƏR NÖVLƏR
147

Noyabrın 17-də Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə açıq Azərbaycan çempionatı və Bakı birinciliyi, eyni zamanda, akrobatika üzrə ölkə çempionatı təşkil olunacaq. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 gün davam edəcək yarışda 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparacaq.

 

Onlar Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edəcəklər.

 

Qeyd edək ki, turnirə biletləri arenanın kassasından əldə etmək mümkündü. Biletlərin qiyməti 5 manatdı.