“Bu nəticə hər iki tərəf üçün önəmlidi” – Kosovonun məşqçisi

“Bu nəticə hər iki tərəf üçün önəmlidi” – Kosovonun məşqçisi
14-11-2017 / 20:13 FUTBOL
394

“Oyun çox yaxşı keçdi. Hər iki komanda yaxşı mübarizə apardı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Kosovo yığmasının məşqçisi Erdoğan Çelina deyib.

 

AÇ-2019-un seçmə mərhələsində U-21 yığmamızın qonağı olan kosovolular qolsuz bərabərliyə imza atıblar. Matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçi Rafet Prekazi yox, onun köməkçisi Çelina iştirak edib.

 

Buna baş məşqçinin ingilis və türk dilində bilməməsi səbəb olub. Çelina əvvəlcə oyun haqda danışıb: “Həm biz, həm də Azərbaycan yığması bundan əvvəlki matçda ağır məğlubiyyət aldı. Hər iki komanda bunu unutdurmaq istəyirdi. Oyun ərzində yaxşı qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Məncə, qeydə alınan nəticə hər iki tərəf üçün önəmlidi. Azərbaycan xalqına, federasiya rəhbərliyinə təşəkkür edirik, bizi çox yaxşı qarşıladılar. Biz də onları eyni cür qarşılayacağıq. Rəqibə qarşıdakı oyunlarda uğurlar diləyirəm”.

 

- Oyun ərzində bir neçə dəfə hakimə etiraz etdiniz...

- Bu haqda danışmaq istəmirəm. Siz epizodları daha yaxşı gördünüz. Nəticəyə təsir edən qərar vermədi. Qırmızı vərəqələr də haqlı idi.

 

- Kosovo millisini bu qrupdakı əsas məqsədi nədi?

- İlk dəfə belə bir mübarizəyə qatılırıq. Öyrəşirik. Qarşıda daha yaxşı olacaq. Hələ təcrübəmiz yoxdu. Çox istedadlı uşaqlarımız var. Qarşıdakı illərdə daha güclü oyun göstərəcəyik.