Hücumçumuz komandasına qələbə qazandırdı

Hücumçumuz komandasına qələbə qazandırdı
14-11-2017 / 21:00 TOP OYUNLARI
586

Voleybol üzrə Rusiya Super Liqasında V tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazanın “Dinamo” klubu səfərdə “Uraloçka” ilə qarşılaşıb.

 

Görüş Tatarıstan təmsilçisinin 3:0 (25:22, 25:15, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçı yüksək səviyyədə keçirən Məmmədova hamıdan çox 15 xal toplayaraq qarşılaşmanın əsas qəhrəmanı olub. 

 

Qeyd edək ki, 5 oyundan sonra 12 xal toplamış “Dinamo” turnir cədvəlinin zirvəsində qərarlaşıb.