Nigeriya Argentinanı şoka saldı - VİDEO

Nigeriya Argentinanı şoka saldı - VİDEO
14-11-2017 / 22:57 FUTBOL
744

FİFA-nın milli komandalar üçün ayrıdığı “pəncərə”dən istifadə edən bir sıra yığmalar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, Argentina millisi də bu fürsətdən yararlanıb.

 

Cənubi amerikalılar Rusiyada Nigeriya ilə üz-üzə gəliblər. Azarkeşlər oyunda 6 qola şahidlik ediblər. Matçın gedişində 2:0 hesabı ilə önə keçən “tanqoçular” yekunda 2:4 hesablı məğlubiyyətə üzülüblər.

 

Xorxe Sampaolinin komandası bir neçə gün öncə Rusiya millisinə qalib gəlmişdi – 1:0.

 

Yoldaşlıq oyunu

Argentina – Nigeriya – 2:0

Qollar: Baneqa, 27, Aquero, 36 – İhenaçço, 44, İvobi, 52, 73, İdovu, 54