Advokat rekordla vidalaşır - VİDEO

Advokat rekordla vidalaşır - VİDEO
15-11-2017 / 01:48 FUTBOL
691

DÇ-2018-də vəsiqə qazana bilməyən Hollandiya millisi yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “narıncılar” Rumıniya ilə qarşılşıblar.

 

Bu, baş məşqçi Dik Advokatın yığma komandada son oyunu olub. Yetirmələri təcrübəli mütəxəssisi böyükhesablı qələbə və rekordla yola salıblar.

 

Belə ki, əldə olunan qalibiyyət Dik Advokatın milli karyerasındakı 37-ci belə uğur olub. O, bu göstəriciyə 62 matçda çatıb.

 

Qeyd edək ki, bundan əvvəli rekordun sahibi Bob Qlendeninq 87 oyunda 36 qələbə qazanmışdı.