DÇ-2018: 30 iştirakçı bəllidi

DÇ-2018: 30 iştirakçı bəllidi
15-11-2017 / 10:00 DÇ-2018
501

Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək 32 komandadan 30-u artıq məlumdu. Apasport.az saytının məlumatına görə, son vəsiqə Avropa zonasından qazanılıb.

 

Belə ki, pley-off mərhləsində səfərdə İrlandiyanı böyük hesabla (5:1) məğlub edən Danimarka yığması mundiala bilet sifariş verə bilər.

 

DÇ-2018-in son iki iştirakçısının adına isə bu gün və sabah aydınlıq gələcək. Qitələrarası pley-off mərhələsinin cavab matçlarında Avstraliya Hondurasla (ilk oyun 0:0), Peru isə Yeni Zelandiya (0:0) ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

DÇ-2018-ə vəsiqə qazanan komandalar:

Avropa: Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka

Cənubi Amerika: Braziliya, Kolumbiya, Uruqvay, Argentina

Asiya: İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı

Afrika: Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunis

KONKAKAF: Meksika, Kosta-Rika, Panama