Bolqarıstan, Almaniya və Rusiya idmançıları Azərbaycan çempionatında

Bolqarıstan, Almaniya və Rusiya idmançıları Azərbaycan çempionatında
22-11-2017 / 15:52 DİGƏR NÖVLƏR
314

Noyabrın 23-də Milli Gimnastika Arenasında növbəti yarışlar start götürəcək. Apasport.az saytının məlumatına görə, 4 gün ərzində batut və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, bədii gimnastika üzrə paytaxt çempionatı və birinciliyi, həmçinin aerobika üzrə açıq ölkə və Bakı çempionatları təşkil ediləcək.

 

Belə ki, yarışların ilk günü – noyabrın 23-də tamblinqçilər mübarizə aparacaqlar. Daha sonra isə meydançanı aerobika təmsilçiləri və bədii gimnastlar bölüşəcəklər (24-25 noyabr). Turnirin son günü (26 noyabr) isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

 

Aerobika üzrə açıq Azərbaycan çempionatına yerli gimnastlarımızla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançıların qatılacağı gözlənilir. Onlar fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramlarında 5 yaş kateqoriya (2009-2010, 2006-2008, 2003-2005, 2000-2002, 1999 və daha böyük) üzrə yarışacaqlar.

 

Qeyd edək ki, turnirə biletləri arenanın kassasından əldə etmək mümkündü. Biletlərin qiyməti noyabr 23-ü üçün 5 manat, növbəti günlər üçün isə 10 manatdı.