Olimpiya stadionu söküləcək

Olimpiya stadionu söküləcək
24-11-2017 / 14:49 DİGƏR NÖVLƏR
1353

2000-ci il Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının əsas stadionu söküləcək. Apasport.az saytının məlumatına görə, 80 min tamaşaçı tutumuna malik arenanın yerində yeni idman qurğusu inşa ediləcək.

 

Bu stadion daha az – 75 min tamaşaçı tutacaq və üstüörtülü olacaq. 1999-cu ildə tikilmiş arenanın söküntüsünə 2019-cu ildə başlanacaq. Bütün bu işlər 965 milyon avroya başa gələcək.

 

Olimpiya stadionu söküləcək yeganə stadion olmayacaq. 1988-ci ildə tikilən və 44 min tamaşaçı tutan Sidney futbol stadionu da tarixə qovuşacaq. Onun əvəzinə 30 minlik arena inşa ediləcək. Amma bu stadion lazım gələrsə, daha 15 min artırılacaq. Burda görüləcək işlər isə 320 milyon avro aparacaq.