Gimnastika Federasiyasının İcra Komitəsinin sabiq üzvü vəfat edib

Gimnastika Federasiyasının İcra Komitəsinin sabiq üzvü vəfat edib
27-11-2017 / 09:40 DİGƏR NÖVLƏR
228

Azərbaycan idmanına itki üz verib. Apasport.az saytının məlumatına görə, əməkdar idman xadimi Arif Qafarov ömrünün 69-cu ilində dünyasını dəyişib.

 
Ölkəmizdə akrobatika ənənələrinin formalaşmasında bir məşqçi kimi böyük əməyi olan Qafarov, həyatının böyük hissəsini idmana həsr edərək, müxtəlif illərdə əməkdar idman ustası, əməkdar məşqçi və əməkdar idman xadimi adlarına layiq görülüb. 1989-2013-cü illərdə Bakı Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışmış dəyərli mütəxəssis bu illər ərzində gimnastikanın inkişafına öz töhfəsini verib.
 
O, 2002, 2006 və 2010-cu illərdə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinə üzv seçilib. Həmin dövrlər ərzində Qafarovun fəaliyyəti yüksək dəyərləndirilib və 2015-ci ildə federasiya tərəfindən qızıl medalla təltif olunub.
 
Allah rəhmət eləsin!