“Mənə bircə şans lazımdı” – Qara Qarayev

“Mənə bircə şans lazımdı” – Qara Qarayev
06-12-2017 / 03:13 FUTBOL
2370

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Roma” ilə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında nə deyə bilərsiniz?

- Matçın daha gərgin keçəcəyini gözləyirdik. Çünki qrupdan kimin çıxcağına bu oyunda qərar veriləcəkdi. Amma ilk hissədə lazımi səviyyədə müdafiə olunduq. İkinci hissədə isə ənənəvi ilk 15 dəqiqə təzyiqinə dözə bilmədik. Ani diqqətsizlik qolla nəticələndi. Sonra oynamağa çalışdıq, ancaq “Roma”ya qarşı səfərdə oynamaq elə də asan işd deyil. Düşünürəm ki, ölkəmizi, xalqımızı yaxşı təmsil elədik.

 

- Futbolçu üçün hansı daha üzücüdür? Böyükhesablı məğlubiyyət, yoxsa rəqiblə başabaş oynayıb uduzmaq?

- Əlbəttə ki, böyükhesablı məğlubiyyət.

 

- Heyətdə itkilər var idi. Onların yerində çıxış edən futbolçular necə çıxış etdilər?

- Kimisə fərqləndirmək istəmirəm, ancaq Şehiçdən tutmuş ən ucdakı Ndlovuya qədər hər kəs ona tapşırılan işin öhdəsindən gəlməyə çalışdı. Ən azından 70-80% bunu bacardıq. İndi daha çox əmin oluram ki, bu cür turnirdə oynayırsansa, “skamyekan” daha zəngin olmalıdı.

 

- Forma dəyişmisən. Nəyə görə məhz De Rossi?

- Dünya və Avropa çempionatlarında çox oynayıb, onu daha yaxşı tanıyırıq. Formanı dostum üçün alıram.

 

- Qaranın De Rossi səviyyəsinə çatması üçün nə lazımdı?

- Mənə bircə şans lazımdı. Əgər onu əldə eləsəm, bu suala cavab verəcəm.