Yığmamızın oyunçuları Türkiyə çempionatında: Kim necə oynadı?

Yığmamızın oyunçuları Türkiyə çempionatında: Kim necə oynadı?
06-12-2017 / 09:56 TOP OYUNLARI
299

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında I dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, XI tur çərçivəsində keçirilən qarşılaşmalarda Azərbaycan yığmasının oyunçuları da meydana çıxıblar.

 

Belə ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” Odina Bayramovanın formasını geyindiyi “Seramiksan”ı qəbul edib. Görüş “sarı-lacivərdlilər”in qələbəsi ilə başa çatıb – 3:0 (25:23, 25:21, 25:12).

 

Polinanın 7 xal topladığı matçda Odina 8 dəfə dəqiq oynayıb.

 

Yana Kulanın heyətində yer aldığı “Beylikdüzü” “İlbank”ın qonağı olub. Ev sahibləri matçda bir set belə qazana bilməyiblər – 0:3 (25:27, 17:25, 15:25). Qələbədə əsas pay sahibi olan Kulan 16 xal toplamaqla komandasının ən məhsuldar voleybolçusu olub.

 

Marqarita Əzizovanın şərəfini qoruduğu “Beşiktaş” isə məğlubiyyətə üzülüb. “Nilüfer Bld” klubunun qonağı olan “qara qartallar” 0:3 (20:25, 24:26, 20:25) hesabı ilə uduzublar. Əzizova görüşdə 9 xal toplayıb.

 

Qeyd edək ki, 11 turdan sonra “Fənərbaxça” 29 xalla ikincidi. Onlar lider “Əczaçıbaşı”ndan 1 xal geri qalırlar. “Beylikdüzü” və “Beşiktaş” 13 xalla 7-8-ci yerləri bölüşdüyü halda, “Seramiksan” 10 xalla 10-cudu.