“Qəbələ” futbolçu seçiminə başlayır

“Qəbələ” futbolçu seçiminə başlayır
06-12-2017 / 11:29 FUTBOL
420

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir. Apasport.az saytının məlumatına görə, seçimlər Qəbələ şəhər stadionunda dekabrın 23-də 2001 - 2009-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək.

 

Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidilər.

 

Tel: 050 290 00 63, 055 511 39 65 

Email: recruitment@gabalafc.az       

 

Seçim tarixi: 

Qəbələ Şəhər Stadionu 

23 dekabr – 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009-cu il təvəllüdlü futbolçular 

 

Seçimlər saat 10:00-da başlayacaq.

 

Qeyd edək ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.