19 vəsiqə sahibini tapdı

19 vəsiqə sahibini tapdı
06-12-2017 / 11:44 FUTBOL
101

Gənclər Liqasında növbəti mərhələyə vəsiqə qazanan 19 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası yolunda mübarizə aparan komandaların qrup mərhələsində 1-ci yeri tutan “Barselona” (İspaniya), “Bazel” (İsveçrə), “Bavariya” (Almaniya), “Çelsi”, “Liverpul” və “Mançester Siti” (hamısı İngiltərə) 1/8 finala vəsiqə qazanıblar.

 

Qrup ikincisi olan “Atletiko” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), PSJ (Fransa), “Spartak” (Rusiya) və “Sportinq” (Portuqaliya) isə pley-offda mübarizə aparacaq.

 

Çempionlar yolunda 2-ci mərhələni adlayan səkkiz komanda da pley-offa yüksəlib. Bunlar “Ayaks” (Hollandiya), “Brodarats” (Serbiya), “İnter” (İtaliya), “Krasnodar” (Rusiya), “Molde” (Norveç), “Nitra” (Slovakiya), “Jelezniçar” (Bosniya və Herseqovina) və “Zalsburq”du (Avstriya).

 

Qeyd edək ki, 1/8 finala 2, pley-offa 3 vəsiqənin sahibi bu gün bəlli olacaq.