Azərbaycan Rusiyanın Olimpiadadan kənarlaşdırılmasına münasibət bildirdi

Azərbaycan Rusiyanın Olimpiadadan kənarlaşdırılmasına münasibət bildirdi
06-12-2017 / 12:10 FUTBOL
254

“Bu qərara nəcə yanaşa bilərəm? Pis”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

 

Rusiya mətbuatına açıqlama verən İsmayılov şimal qonşularımızın Pxençxan-2018-dən kənarlaşdırılmasına münasibət bildirib. Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin ruslarla bağlı çıxardığı qərar Olimpiadanın nüfuzuna mənfi təsir edəcək: “Siz ümumiyyətlə, Olimpiadanı rusiyalı idmançılarsız təsəvvür edirsizmi? Düşünürəm ki, belə Oyunlar maraqlı olmayacaq. Ümumiyyətlə isə Olimpiada maraqsız və mümkünsüz keçəcək”.