"Azərbaycanın vurduğu hər üç qol..." - Kakau

06-12-2017 / 12:34 FUTBOL
415

“Çox ağır qarşılaşma oldu. Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi”. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri futzal üzrə Qazaxıstan yığmasının baş məşqçisi Kakau deyib.

 

İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turniri çərçivəsində millimizlə qarşılaşan qazaxlar 3:3 hesablı heç-heçə ediblər.

 

Oyunla bağlı fikirlərini bildirən Kakau bunları deyib: “Rəqibin vurduğu hər üç qol onların baş məşqçisinin beyninin məhsulu idi. Bunu dostum olduğuna görə demirəm. Həqiqətən də, yüksək səviyyəli ölkə çempionatı olmamasına baxmayaraq, Alesio güclü komanda formalaşdırıb. Nəticəni də normal hesab edirəm. Azərbaycan millisini gözəl oyun münasibəti ilə təbrik edirəm. Oyunun erkən saatlarda başlaması isə hər iki komanda üçün çətinlik yaratdı. Turnirin davamlı olmasını arzulayıram. Gələn il bu yarışa Qazaxıstan ev sahibliyi edəcək. Yenə bu dörd komandanın iştirakını istərdim”.