MOİK xərəkdaşıyan uşaqlara görə cəzalandı

MOİK xərəkdaşıyan uşaqlara görə cəzalandı
06-12-2017 / 13:00 FUTBOL
190

Azərbaycan kubokunun 1/8 mərhələsinin oyunlarında intizam qaydalarını pozanlar cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi qarşılaşmalarda baş verənlərə hüquqi qiymət verib və 3 klubu cərimələyib.

 

“Şüvəlan” – “Səbail” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 80 manat cərimələnib. “Qəbələ” – “Mil-Muğan” oyununda eyni səbəbdən qonaq komanda analoji cəzaya məruz qalıb.

 

Qarşılaşmanın 83-cü dəqiqəsində “Mil-Muğan”ın meydandan qovulan futbolçusu Samir Babayev 1 oyun cəzalanıb, klubunu 20 manat ziyana salıb.

 

MOİK – “Keşlə” matçında meydan sahiblərinin xərəkdaşıyan uşaqlarla təmin etməməsinə görə klub 80 manat cərimələnib.