Yığmamızın oyunçusu “Nant”a qalib gəldi

Yığmamızın oyunçusu “Nant”a qalib gəldi
06-12-2017 / 13:27 TOP OYUNLARI
192

Qadın voleybolçular arasında Fransa çempionatında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur Azərbaycan millisinin oyunçuları üçün fərqli nəticələrlə başa çatıb.

 

Belə ki, Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” “Nant”ın qonağı olub. Görüş təmsilçimizin komandasının qələbəsi ilə başa çatıb – 3:0 (25:19, 25:22, 25:22). Qurbanova oyunda 5 xal yığıb.

 

Olena Həsənovanın çıxış etdiyi “Le Kann” isə “Kemper”lə üz-üzə gəlib. Səfərdə baş tutan matç toppaylayıcımızın komandasının məğlubiyyəti ilə yekunlaşıb – 2:3 (23:25, 25:20, 25:13, 19:25, 11:15). Təmsilçimiz qarşılaşmada 13 xal toplayıb.

 

Qeyd edək ki, “Venel” 9 turdan sonra 15 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Le Kann” isə 12 xalla 7-cidi.