Millimiz Çexiya və Norveçə rəqib oldu

Millimiz Çexiya və Norveçə rəqib oldu
06-12-2017 / 13:07 FUTBOL
263

17 yaşadək futbolçular arasında Avropa çempionatının 2018-19 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 52 komanda 13 qrupa bölünüb.

 

Azərbaycan millisi də seçmə mərhələdəki rəqiblərini tanıyıb. Yığmamız 8-ci qrupda Çexiya, Norveç və Albaniya ilə mübarizə aparacaq. Qrup oyunlarının keçiriləcəyi yer dəqiqləşməyib.

 

Bu mərhələnin oyunları 2018-ci il noyabrın 20-nə qədər başa çatacaq. 13 qrupun hərəsindən iki ən yaxşı komanda, həmçinin üçüncü yer sahiblərindən daha yüksək nəticəyə malik 4 yığma elit-raunda vəsiqə əldə edəcək. İngiltərə və Almaniya isə birbaşa həmin mərhələdən yarışa qatılacaq. U-17-lərin yarışında final mərhələsi İrlandiyada baş tutacaq.