Kamran Ağayev “Mlada”dan göndərildi

Kamran Ağayev “Mlada”dan göndərildi
06-12-2017 / 13:13 FUTBOL
2216

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev klubu “Mlada”dan göndərilib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Çexiya mətbuatı yayıb.

 

35 yaşlı qolkiperin klubla müqavilə müddəti mövsümün sonuna qədər olsa da, o, komandada cəmi 5 ay qala bilib. Rəhbərliyin bu qərarının səbəbi kimi Kamranın məşqçilər korpusunun ümidini doğrultmaması göstərilib.

 

Çexiya çempionatında cəmi 5, ölkə kubokunda isə 2 matçda çərçivəni qoruyan yığmamızın üzvü passivinə 1 qırmızı vərəqə yazdırıb.

 

Qeyd edək ki, Kamran Ağayev ötən mövsüm “Boavişta”dan ayrıldıqdan sonra iyul ayında “Mlada” ilə müqavilə imzalamışdı.