Hakimləri söyən Qurbanovun cəzası açıqlandı

Hakimləri söyən Qurbanovun cəzası açıqlandı
06-12-2017 / 13:12 FUTBOL
573

AFFA-nın İntizam Komitəsi I divizionun XII turunda baş verənləri də müzakirə edib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan yığıncaqda “Zaqatala” – “Sabah” matçı ilə bağlı qərar verilib.

 

Görüşün 40-cı dəqiqəsində “Sabah”ın futbolçusu Cavad Kazımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 20 manat cərimə olunub.

 

88-ci dəqiqədə “Zaqatala”nın hücumçusu Osman Qurbanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra Qurbanov hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb, klub 320 manat cərimə olunub.

 

Mənbə: affa.az