AFFA daha bir neçə “lipa” aşkarladı

AFFA daha bir neçə “lipa” aşkarladı
06-12-2017 / 13:44 FUTBOL
601

AFFA-nın İntizam Komitəsinin iclasında aşağı liqalarda baş verən neqativ hallar da hüquqi qiymətini tapıb. Apasport.az saytı xəbər verir ki, bu gün baş tutan yığıncaqda bir sıra qərarlar verilib.

 

U-12 Liqasında, “Vətən” (Bakı) – “Neftçi” İK İB (Bakı) matçının 42-ci dəqiqəsində “Vətən”in futbolçusu Kənan Allahverdiyev, “Neftçi”nin üzvləri Səfər Sadıqzadə və Fərid Şahhüseynli dava-dalaşda iştirak etdiklərinə görə hər üç futbolçu 3 oyunluq cəzalandırılıb.

 

Boulevard Hotel U-15 Liqasında, “Zaqatala” – “Zirə”  matçında ev sahiblərinin heyətində lisenziyası olmayan futbolçunun iştirak etməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Bakcell U-17 liqasında, “Xəzər Lənkəran” – “Qarabağ” matçının 90+2-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Rasim Xəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun, görüş bitdikdən sonra “Xəzər Lənkəran”ın icraçı direktoru Hüseyn Cəbrayıloğlu hakimlər briqadasını təhqir etdiyinə görə isə 5 oyunluq cəzalanıb.

 

U-13 qızlar Liqasında, “Autizmlilərin” İK – “Xırdalan” City matçında “Autizmlilərin” İK komandasının heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-16 qızlar Liqasında, “Mingəçevir” - UGİM (Xaçmaz) matçında hər iki komandanın yaş limitini pozmasına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.  

 

Mənbə: affa.az