U-17 Albaniyaya, U-19 Gürcüstana gedəcək

U-17 Albaniyaya, U-19 Gürcüstana gedəcək
06-12-2017 / 14:32 FUTBOL
194

17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacağı qrupun oyunlarının keçiriləcəyi ölkələr müəyyənləşib. Apasport.az saytının məlumatına görə, U-17 Albaniya, U-19 Gürcüstanda çıxış edəcək.

 

Sonuncular meydan sahibləri, İsrail və Lixtenşteynlə matçlarda qüvvəsini sınayacaq. Bu qrupun görüşləri 2018-ci il noyabrın 14, 17 və 20-də baş tutacaq.

 

U-17 isə matçlarını oktyabrın 23, 26 və 29-da keçirəcək. Komandamızın rəqibləri meydan sahibləri, Çexiya və Norveç olacaq.