“Uğursuzluğu “Qarabağ”la oyunlarda axtarmaq lazım deyil” - Saul Niges

“Uğursuzluğu “Qarabağ”la oyunlarda axtarmaq lazım deyil” - Saul Niges
06-12-2017 / 16:02 FUTBOL
2092

“Bizim üçün ağır gün oldu. Bu nəticə rüsvayçılıqdı. Qrupda qaldığımız üçün özümüzü tənqid etməliyik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun futbolçusu Saul Niges deyib.

 

Çempionlar Liqasında (ÇL) “Qarabağ”la eyni qrupda mübarizə aparmış Madrid təmsilçisi sonuncu tur çərçivəsində “Çelsi” ilə heç-heçə oynayıb (1:1). Yekunda 3-cü yeri tutan ispanlar mübarizəni Avropa Liqasında davam etdirəcəklər.

 

Ölkəsinin mətbuatına açıqlama verən Niges komandasının ÇL-in cari mövsümündəki uğursuz çıxışını dəyərləndirib. O, söhbət əsnasında “Qarabağ”la heç-heçə etdikləri oyunları (0:0, 1:1) yada salıb: “Qrup mərhələsində ümumilikdə yaxşı təsir bağışlamadıq. “Qarabağ”la oyunları zəif keçirdik. “Roma” ilə ilk görüşdə isə qələbə qazanmağa çox yaxın idik. Həmin görüşdə şəxsən mənim bir neçə dəfə qələbə qolunu vurmaq imkanım oldu. Odu ki, yalnız “Qarabağ”la oyunları yox, ümumilikdə qrup mərhələsindəki çıxışımızı nəzərdən keçirməliyik. Hesab edirəm ki, heç də yaxşı deyildik. Uğursuzluğu “Qarabağ”la oyunlarda axtarmaq lazım deyil”.