“Qızıl Topu”un sahibini “Nike” açıqladı - FOTO

“Qızıl Topu”un sahibini “Nike” açıqladı - FOTO
06-12-2017 / 19:44 FUTBOL
428

Məşhur “France Football” nəşri sabah 2017-ci ilin ən yaxşı futbolçusunu elan edəcək. Apasport.az saytının məlumatına görə, ən yaxşı seçiləcək oyunçuya “Qızıl Top” təqdim ediləcək.

 

Ən yüksək mükafat uğrunda əsasən dünyanın iki super ulduzu Kristiano Ronaldo (“Real” və Portuqaliya) və Lionel Messi (“Barselona” və Argentina) yarışacaqlar. Ancaq İspaniya mətbuatı iddia edir ki, “Qızıl Top”u karyerasında 5-ci dəfə portuqaliyalı qazanacaq. Ona hədiyyəsi Eyfel qülləsində təqdim olunacaq.

 

Hətta 32 yaşlı hücumçunun şəxsi sponsoru olan “Nike” firması bunun üçün xüsusi butslar da istehsal edib. Artıq sözügedən butsların fotoları internet aləmində yayılmağa başlayıb.

 

Qızılı rəngdə olan və “Nike Mercurial Superfly V” seriyasından istehsal edilmiş min cüt ayaqqabının dabanında “Quinto Triunfo” (beçinci mükafat) yazılıb.