Qvardiola Sarriyə söz verdi: Kömək edəcəyik

Qvardiola Sarriyə söz verdi: Kömək edəcəyik
06-12-2017 / 20:15 FUTBOL
410

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Napoli”dəki həmkarı Maurisio Sarriyə mesaj yollayıb. Apasport.az saytının “SKY Sport İtalia”ya istinadən məlumatına görə, ispan mütəxəssis italiyalı çalışdırıcıya kömək etməklə bağlı vəd verib.

 

O, söz verib ki, komandası tam gücü ilə oynayacaq və səfərdə “Şaxtyor” üzərində qələbə qazanaraq dostunun yolunu açacaq.

 

Belə ki, Çempionlar Liqasının son turunda səfərdə “Feyenord”la qarşılaşacaq “Napoli” 1/8 finala yüksəlmək üçün mütləq qalib gəlməli, paralel keçən oyunda isə “Mançester Siti”nin Ukraynada “Şaxtyor”u məğlub etməsi lazımdır.

 

Maraqlıdır ki, ingilislər artıq qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gəldiyi halda “Şaxtyor”a bunun üçün heç-heçə də bəs edir.