“Liverpul” UEFA-ya şikayət etdi: Ruslar irqçilik ediblər

“Liverpul” UEFA-ya şikayət etdi: Ruslar irqçilik ediblər
06-12-2017 / 22:11 FUTBOL
424

“Liverpul” “Spartak”la görüşdə bir futbolçusunun irqçiliyə məruz qalması ilə bağlı UEFA-ya şikayət edib. Apasport.az saytının məlumatına görə, hadisə iki klubun U-19 komandaları arasındakı Gənclər Liqası oyununda baş verib.

 

Belə ki, matçında sonunda İngiltərə U-17 millisinin də üzvü olan Rian Bruster hakimə yaxınlaşaraq oyunboyu rusların adı açıqlanmayan bir oyunçusunun matçboyu onu irqçi sözlərlə təhqir etdiyini deyib.

 

Hakim isə bunu görüşün protokolunda qeyd edib.

 

Qeyd edək ki, oyun “Liverpul”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.