A seriyasında məşqçi istefası

A seriyasında məşqçi istefası
06-12-2017 / 22:33 FUTBOL
175

İtaliyanın “Krotone” klubu baş məşqçisi ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Davide Nikolanı tutduğu vəzifədən göndərilib.

 

Klubdan verilən açıqlamada rəhbərliyin 44 yaşlı mütəxəssislə yanaşı, onun məşqçilər korpusunu da istefaya göndərdiyi bildirilib.

 

“Krotone”ni müvəqqəti olaraq Antonio Makri, İvan Moşella və Elmiro Trombinonun çalışdıracağı qeyd olunur.

 

Qeyd edək ki, Nikola “Krotone”ni 2016-cı ildən çalışdırırdı. Ötən mövsüm bu komandanı elitanı tərk etməkdən məhz adıçəkilən məşqçi xilas etmişdi. Bu mövsüm isə “Krotone” onun rəhbərliyi altında geridə qalan 15 turda cəmi 12 xal toplaya bilib və 20 iştirakçı arasında 16-cı sırada qərarlaşıb.