Arda sağaldı

Arda sağaldı
06-12-2017 / 23:08 FUTBOL
300

“Barselona”nın futbolçusu Arda Turan sağalıb. Apasport.az saytının məlumatına görə, oyunçu mövsümdəki ilk rəsmi matçına çıxa bilər.

 

Klubun tibbi heyətindən verilən yazılı açıqlamada türk yarımmüdafiəçinin bütün zədələrinin sağaldığı və artıq meydana çıxmağa hazır olduğu bildirilib. O, La Liqanın 15-ci turunda “Vilyarreal”la matçda debüt edə bilər.

 

Baş məşqçi Ernesto Valverdenin Ardaya sözügedən qarşılaşmada şans verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Ardanın əvvəlcə ayaq biləyində, daha sonra əzələsində, son zamanlar isə dişlərində problem olduğu iddia olunurdu.