100-ə yetişib, 6-cı oldu

100-ə yetişib, 6-cı oldu
07-12-2017 / 00:55 FUTBOL
178

Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Mançester Siti” səfərdə “Şaxtyor”la qarşılaşır. Apasport.az saytının məlumatına görə, bu oyun “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola üçün qitənin ən nüfuzlu klub turnirində 100-cü qarşılaşma olub.

 

O, yubileyi qeyd etməklə özündən əvvəl bunu bacaran digər 5 məşqçiyə yoldaş olub. Qvardioladan əvvəl ÇL-də 100 matç həddini Ser Aleks Ferqyuson, Arsen Venger, Karlo Ançelotti, Joze Mourinyo və Mirça Luçesku keçib.

 

Qeyd edək ki, geridə qalan oyunlarda Pepin komandaları 61 dəfə qələbə qazanıblar.