Baş məşqçi mətbuat konfransına “Zorro” geyimində çıxdı

Baş məşqçi mətbuat konfransına “Zorro” geyimində çıxdı
07-12-2017 / 09:33 FUTBOL
1616

“Şaxtyor”un baş məşqçisi Paulo Fonseka maraqlı addım atıb. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı çalışdırıcı Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son turunda “Mançester Siti” ilə oyundan sonra fərqli geyimi ilə gündəmə gəlib.

 

“Şəhərlilər”i 2:1 hesabı ilə üstələyən komandanın çalışdırıcısı mətbuat konfransına məşhur film qəhrəmanı “Zorro”nun geyimində qatılıb. Məsələ burasındadı ki, Fonseka bir müddət öncə donetsklilər ÇL-də növbəti mərhələyə adlayacağı halda, media nümayəndələrinin önünə “Zorro” tərzində çıxacağına dair söz verib. Komandası bu nəticəyə nail olduğundan, 44 yaşlı çalışdırıcı sözünün üstündə dayanıb.

 

Qeyd edək ki, F qrupunda birinci yeri aktivində 15 xal olan “Mançester Siti”, ikinci yeri isə 12 xala malik “Şaxtyor” tutub.