Azərbaycan çempionundan çətin qələbə - YENİLƏNİB

Azərbaycan çempionundan çətin qələbə - YENİLƏNİB
07-12-2017 / 20:05 TOP OYUNLARI
856

Bu gün kişi voleybolçular arasında “Çelenc Cup”da 1/16 final mərhələsinin ilk matçları başa çatıb. Apasport.az saytının məlumatına görə, mərhələnin son oyun günündə Azərbaycan çempionu “Lokomotiv” Portuqaliya “Fonte Bastrado”sunu qəbul edib.

 

İlk mərhələdə Kipr “Apoel”ini mübarizədən kənarlaşdıran “dəmiryolçular” Azor adaları təmsilçisi ilə ilk oyunda qələbə qazanıblar. Fərid Cəlalovun yetirmələri rəqibə sadəcə bir setdə sevinmək imkanı verərək digər 3 hissəni qalib kimi başa vurublar.

 

Ancaq bu, onlara o qədər də asan başa gəlməyib. Belə ki, komandamız ilk setdə çətinliklə qələbə qazansa da, ikinci setdə rəqib üstünlüyü əldən verməyib.

 

Matçın qırılma anı 3-cü hissə olub. Qarşılıqlı xallar qazanan komandalar sona qədər təslim olmaq istəməsə də, nəhayət portuqaliyalıların müqavimətini qırma mümkün olub. "Lokomotiv" seti 28:26 hesabı ilə başa vurub.

 

Sonuncu setdə isə ruhdan düşmüş rəqibi məğlub etmək nisbətən asan olub - 25:20.

 

7 dekabr

“Çelenc Cup”

1/16 final, ilk oyun

 

“Lokomotiv” (Azərbaycan) - “Fonte Bastrado” (Portuqaliya) - 3:1 (25:23, 21:25, 28:26, 25:20)

Hakimlər: Pavel Vasko (Slovakiya), Çantal Kayser (Fransa)

 

“Lokomotiv”: Vüqar Bayramov, Abbas Cəfəri, Murad Abdurazakov, Əli Maqomedov, Andrey Vasilenko, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Asif Əliyev, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Kənan Allahverdiyev

Baş məşqçi: Fərid Cəlalov

 

“Fonte Bastrado”: Qerson Pereyra, Rikardo Filyo, Daniel Ruiz, Aleksandrs Kudryaşovs, Robert Viiber, Karlos Vina, Maykon Kosta, Osvaldo Ferreira da Silva, Kaio Roşa, Reynaldo da Silva, Bruno Alveş

Baş məşqçi: Xose Migel