“Roma” – “Qarabağ”: ən zəif ikinci göstərici

“Roma” – “Qarabağ”: ən zəif ikinci göstərici
07-12-2017 / 09:48 FUTBOL
1555

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Roma” – “Qarabağ” (1:0) matçı İtaliyada elə də böyük maraqla qarşılanmayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, dekabrın 5-də baş tutan görüşü televiziya qarşısında izləyən azarkeşlərin sayı kifayət qədər az olub.

 

Belə ki, araşdırmaya əsasən, Kanal 5-də canlı yayımlanan qarşılaşmaya ümumilikdə 3 milyon 684 min insan baxıb. Bu isə 14,7% deməkdi. Ümumiyyətlə, bu, İtaliya klublarının cari mövsümdə Çempionlar Liqasında ən zəif ikinci göstəricisi hesab edilir.

 

Qeyd edək ki, 70 min tamaşaçı tutumuna malik olan Roma Olimpiya Stadionunda keçirilən “Roma” – “Qarabağ” qarşılaşmasını 34 min azarkeş tribunadan izləyib.