Konte potensial rəqiblər haqda: Ən güclü kimdisə...

Konte potensial rəqiblər haqda: Ən güclü kimdisə...
07-12-2017 / 11:32 FUTBOL
228

“Çelsi”nin Çempionlar Liqasının 1/8 final mərhələsindəki potensial rəqibləri bəlli olub. Apasport.az saytı xəbər verir ki, “Qarabağ”la eyni qrupda mübarizə aparmış və qrup ikincisi kimi növbəti mərhələyə adlamış “zadəganlar” 3 komandadan biri ilə üz-üzə gələcəklər.

 

Söhbət PSJ, “Barselona” və “Beşiktaş”dan gedir.

 

Bununla bağlı açıqlama verən “Çelsi”nin çalışdırıcısı Antonio Konte digər komandalar kimi, “Beşiktaş”ın da çox güclü olduğunu bildirib: “Çempionlar Liqası Avropanın ən yaxşı turniridi. Hər dəfə mərhələ keçdikcə daha güclü rəqiblərlə qarşılaşırsan. Mən həmişə ən güclü kimdisə, onunla qarşılaşmağı istəmişəm. 1/8 finalda “Barselona”, PSJ və ya “Beşiktaş”la üz-üzə gələcəyik. Seçim etmək nəyə lazımdı? Hər üçü çox güclü komandadı”.

 

Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin püşkü dekabrın 11-də atılacaq.