Son turun ən yaxşısı adına 8 namizəd

Son turun ən yaxşısı adına 8 namizəd
07-12-2017 / 13:22 FUTBOL
164

Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər sorğuda 8 futbolçu arasında seçim edəcəklər.

 

Bunlar Koutinyo (“Liverpul”), Kriştianu Ronaldo (“Real”), Son Hun-Min (“Tottenhem”), Bernard (“Şaxtyor”, Donetsk), Xuan Kuadrado (“Yuventus”), Koranten Tolisso (“Bavariya”), Eden Azar (“Çelsi”) və Pako Alkaserdi (“Barselona”).

 

Namizədlər arasında Koutinyo favorit hesab edilir. Buna səbəb braziliyalı yarımmüdafiəçinin “Spartak”la qarşılaşmada het-trik etməsidi.