“Qarabağ”la oyuna 2 itki ilə

“Qarabağ”la oyuna 2 itki ilə
07-12-2017 / 13:53 FUTBOL
208

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq olan “Sumqayıt” hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün saat 11:00-da növbəti məşqini keçirib.

 

Cavid İmamverdiyev və Cavid Tağıyev zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bundan başqa əvəzedici heyətdən 4 futbolçu – Süleyman Piriyev, Tural Bayramlı, Ramil Orucov və Elvin Nəsibov əsas komanda ilə birgə çalışıb. Saat yarım davam edən məşq prosesində əsasən toplu çalışmalar və fərdi hazırlığa üstünlük verilib.


Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” qarşılaşması 11 dekabr, saat 19:00-da “Azersun Arena”da keçiriləcək.