“Antalyaspor”da baş məşqçi istefası

“Antalyaspor”da baş məşqçi istefası
07-12-2017 / 14:02 FUTBOL
383

Türkiyə klubu “Antalyaspor”da baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Antalya klubunun çalışdırıcısı Leonardo vəzifəsindən ayrılıb.

 

Sentyabrın 28-də klubla 2 illik müqavilə imzalayan tanınmış mütəxəssis uğursuz nəticələrin ardından özü istefa ərizəsini yazaraq, rəhbərliyə təqdim edib. Braziliyalı “Antalyaspor”lu futbolçularla da artıq vidalaşıb.

 

Qeyd edək ki, Leonardonun rəhbərliyi altında “Antalyaspor” Superliqada 2 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət alıb.