İlin son sınağı: Çempion debütantla üz-üzə

İlin son sınağı: Çempion debütantla üz-üzə
07-12-2017 / 14:45 FUTBOL
234

Sabah Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, çempionatın bu il keçiriləcək son qarşılaşmasında “Səbail” və “Qarabağ” üz-üzə gələcək.

 

IV turdan təxirə salınan qarşılaşma “Bayıl Arena”da keçiriləcək. Sabiq FİFA hakimi Orxan Məmmədovun idarə edəcəyi görüş turnir cədvəli baxımından ciddi əhəmiyyət kəsb etmir. Çünki qarşılaşmanın nəticəsi hər hansı mövqe dəyişikliyi üçün yetərli olmayacaq.

 

Artıq qış çempionluğunu təmin edən “Qarabağ” ardıcıl 6-cı qələbəsini qazanmağa iddialıdı. Avrokuboklarla vidalaşan Ağdam klubu liderliyi möhkəmlətmək, “Qəbələ” ilə xal fərqini artırmaq üçün günü itkisiz başa vurmalıdı.

 

Qurban Qurbanovun yetirmələri yarışın ən məhsuldar komandası adı uğrunda da mübarizə aparmaq üçün mümkün qədər çox qol vurmalıdı. Bu göstəricidə “Qəbələ”dən 5 qol geri qalan ağdamlılar debütantla matçda coşa da bilər.

 

“Səbail” isə avrokuboklara vəsiqə iddiasını ortaya qoymaq üçün çempionu büdrətməlidi. Qələbə paytaxt təmsilçisinə “Neftçi”yə çatmaq imkanı da verəcək.

 

Samir Əliyevin yetirmələri son iki turdakı qol həsrətinə son qoymaq üçün Premyer Liqanın ən etibarlı arxa xəttini yarmalıdı. “Səbail” cəmi 6 top buraxan çempionun qapısına yol tapsa, ən az qol vuran komanda adına şəriklikdən xilas olacaq.

 

Azərbaycan Premyer Liqası

IV turdan təxirə salınan oyun

8 dekabr (cümə)

19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Vüsal Əliyev
“Bayıl Arena”

 

1.

Qarabağ

13

11

1

1

23-6

34

2.

Qəbələ

14

10

1

3

28-14

31

3.

Zirə

14

9

3

2

23-11

30

4.

Sumqayıt

14

6

2

6

17-17

20

5.

Neftçi

14

5

1

8

17-16

16

6

Səbail

13

4

1

8

9-19

13

7.

Keşlə

14

2

2

10

9-25

8

8.

Kəpəz

14

2

1

11

10-29

7

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 9.