Dünyanın ən güclü klubları fransızlar oldu

Dünyanın ən güclü klubları fransızlar oldu
07-12-2017 / 18:18 FUTBOL
415

2017-ci ilin qadınlardan ibarət ən güclü futbol klubunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi gözlənildiyi kimi, “Lion” olub.

 

Qurumun internet saytında aparılan, jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğunun nəticəsinə görə, “Lion” böyük fərqlə birinci pillədə qərarlaşıb. Onu Fransanın digər təmsilçisi PSJ izləyib. “Volfsburq” isə 3-cü yeri tutub.

 

Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev ilk “üçlüy”ü doğru müəyyənləşdirib. Yeganə fərq ondadı ki, əməkdaşımız “Volfsburq”u 2-ci, PSJ-ni isə 3-cü yerə layiq bilib.

 

İlk “10-luq”

1. “Lion” (Fransa) - 303 səs

2. PSJ (Fransa) - 79

3. “Volfsburq” (Almaniya) - 78

4. “Mançester Siti” (İngiltərə) - 46

5. “Çelsi” (İngiltərə) - 38

6. “Bavariya” (Almaniya) - 32

7. “Barselona” (İspaniya) - 25

8. “Portland” (ABŞ) - 12

9. “Şimali Karolina” (ABŞ) - 9

9. “Orlando” (ABŞ) - 9