“Dinamo Kiyev”in keçmiş məşqçisi “Neftçi”də

“Dinamo Kiyev”in keçmiş məşqçisi “Neftçi”də
07-12-2017 / 19:30 FUTBOL
536

“Neftçi”yə fiziki hazırlıq üzrə məşqçi təyinatı olub. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, bu vəzifəni ukraynalı mütəxəssis Dmitro Qolovko yerinə yetirəcək.

 

37 yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

 

Dmitro Qolovko bunadək Ukraynanın “Dinamo” (Kiyev), “Krivbass”, “Karpatı”, “Volın”, “Çernomorets”, Rusiyanın “Volqa” klublarında çalışıb.

 

O, 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında da işləyib.