Millətlər Liqası: Yığmamızın oyunlarının təqvimi açıqlandı

Millətlər Liqası: Yığmamızın oyunlarının təqvimi açıqlandı
07-12-2017 / 23:09 FUTBOL
2313

UEFA Millətlər Liqasının təqvimini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu gün İsveçrənin Luzan şəhərində keçirilən İcairyyə Komitəsi iclasında yarışın püşkatma günü və başlama tarixi açıqlanıb.

 

Milli komandamızın D liqasında mübarizə aparacağı turnirin püşkü növbəti ilin yanvar ayının 18-də atılacaq. Yarışa isə sentyabr ayında start veriləcək.

 

Millətlər Liqası – 2018-in təqvimi

 

Püşkatma – 24 yanvar, 2018

 

I tur – 6-8 sentyabr

II tur – 9-11 sentyabr

III tur – 11-13 oktyabr

IV tur – 14-16 oktyabr

V tur – 15-17 noyabr

VI tur – 18-20 noyabr

 

Liqa finallarının püşkatması – dekabr, 2018

Liqalarda yarımfinal və final oyunları – 5-9 iyun, 2019

 

AVRO-2020 Pley-off püşkatması – 22 noyabr, 2019

AVRO-2020 Pley-off oyunları – 26-31 mart, 2020