“Mançester Siti”dən rekord

“Mançester Siti”dən rekord
14-12-2017 / 10:48 FUTBOL
283

“Mançester Siti” İngiltərədə yeni rekord müəyyənləşdirib. Apasport.az saytı xəbər verir ki, söhbət Premyer Liqada ardıcıl qələbə sayından gedir.

 

XVII tur çərçivəsində səfərdə “Suonsi”ni 4:0 hesabı ilə üstələyən “şəhərlilər” çempionatda ardıcıl 15-ci qələbələrini qazanıblar. Bununla da, Xosep Qvardiolanın komandası “Arsenal”ı qabaqlayaraq, yeni rekorda imza atıb.  

 

Arsen Vengerin rəhbərlik etdiyi “topçular” 2002-ci ildə fevraldan avqusta qədər ardıcıl 14 qələbəyə sevinmişdi.

 

Qeyd edək ki, Premyer Liqada 17 turdan sonra 49 xal toplayan “Mançester Siti” turnir cədvəlinin lideridi.