Riberi tarixə, Levandovski "onluğ"a düşdü

Riberi tarixə, Levandovski
14-12-2017 / 12:18 FUTBOL
286

“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi klubun tarixində yeni rekord müəyyənləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu Münhen təmsilçisinin heyətində ən çox oyun keçirən əcnəbi olub.

 

Fransa millisinin sabiq üzvü bunu Bundesliqanın XVI turunda “Köln”lə (1:0) keçirilən görüşdə reallaşdırıb. Adıçəkilən qarşılaşmada “Bavariya”nın heyətində 366-cı oyununu keçirən 34 yaşlı Riberi komandanın sabiq üzvü Hasan Salihamidziçə məxsus 355 matçlıq rekordu yeniləyib. Siyahıda üçüncü yeri Klaudio Pizarro (327 oyun) tutur.

 

“Köln”lə görüşdə “Bavariya”ya qələbə gətirən yeganə qola imza atan Robert Levandovski isə Bundesliqadakı qollarının sayını 166-ya çatdırıb. Bununla o, Almaniya çempionatının ən məhsuldar oyunçuları sıralamasında 10-cu pilləyə yüksəlib.