“Borussiya” Obameyanqla bağlı qərarını verdi

“Borussiya” Obameyanqla bağlı qərarını verdi
14-12-2017 / 13:27 FUTBOL
314

“Borussiya” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Pyer-Emerik Obameyanqla bağlı qərarını verib. Apasport.az saytının “Bild” nəşrinə istinadən məlumatına görə, Bundesliqa klubu qabonlu hücumçunu qışda satmaq haqda düşünmür.

 

Dortmundlular Bundesliqada Çempionlar Liqasına vəsiqə verən yerlərdən birini tutmaq üçün Obameyanqın cari mövsümün sonuna kimi komandada qalmasını vacib sayırlar. 28 yaşlı forvard ən yaxşı halda gələn ilin yayında “Borussiya” ilə vidalaşa bilər. Bu isə təcrübəli forvarda sərfəli təklif gələcəyi halda, baş verəcək.

 

Qeyd edək ki, Obameyanq 2013-cü ildən “Borussiya”nın formasını geyinir.