Elxan Məmmədov yeni baş məşqçilərə mühazirə oxudu - FOTO

Elxan Məmmədov yeni baş məşqçilərə mühazirə oxudu - FOTO
14-12-2017 / 13:33 FUTBOL
519

Bakıda UEFA-nın “Pro” kateqoriyalı məşçi kursunun 5-ci modulu keçirilir. Apasport.az saytının məlumatına görə, bu gün imtahan verən mütəxəssislərlə növbəti dəfə görüş keçirilib.

 

Aşağı yaş qrupu üzrə yığmaların yeni baş məşqçiləri Zaur Həşimov, Vüqar Məmməd və Ramin Quliyevin də iştirak etdiyi kursda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla “Sosial mediada ünsiyyət”, baş katib Elxan Məmmədov isə “Klub təmsilçiliyi və təşviqatı; klub menecmenti” mövzularında iştirakçılara mühazirə oxuyublar.

 

Qeyd edək ki, “Pro” kursunun 5-ci moduluna dekabrın 16-da yekun vurulacaq.