62-ci qolsuz heç-heçə ilə ikinci pilləyə

62-ci qolsuz heç-heçə ilə ikinci pilləyə
14-12-2017 / 15:32 FUTBOL
195

“Arsenal”ın baş məşqçisi Arsen Venger klubun azarkeşlərini qolsuz bərabərliyə alışdırıb. Apasport.az saytı xəbər verir ki, fransalı çalışdırıcı bu baxımdan İngiltərə çempionatında 2-ci pilləyə yüksəlib.

 

Belə ki, “Vest Hem”lə 0:0 hesabı ilə nəticələnən oyun Venger üçün Premyer Liqada 62-ci qolsuz heç-heçə olub. Fransalı çalışdırıcı yalnız “Tottenhem”in sabiq çalışdırıcısı Harri Rednappdan geri qalır. Premyer Liqada müxtəlif klublara rəhbərlik etmiş Rednappın aktivində 64 qolsuz bərabərlik var.

 

Qeyd edək ki, İngiltərə çempionatının cari mövsümündə 17 turdan sonra 30 xal toplayan “Arsenal” 7-ci pillədə qərarlaşıb.