Ramiz Məmmədovun arzusu: Qada-bala 2017-ci ildə qalsın

Ramiz Məmmədovun arzusu: Qada-bala 2017-ci ildə qalsın
14-12-2017 / 16:22 FUTBOL
2158

“İlin son matçı idi. Oyunun məsuliyyətini hiss edirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

 

Bakı təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”i mübarizədən kənarlaşdırıb. İlk görüşdə 2:0 hesabı ilə qalib gələn Məmmədovun yetirmələri bu gün baş tutan cavab matçında da gəncəlilərdən üstün olub – 3:2.

 

Oyunu şərh edən “Keşlə”nin baş məşqçisi bildirib ki, futbolçuları verdiyi tapşırıqları layiqincə yerinə yetirib: “Komandalar artıq istirahətə gedirlər. Uşaqlara dedim ki, bu bizim üçün ilin son 90 dəqiqəsidi. Biz həm ilk, həm də cavab qarşılaşmasındakı 90 dəqiqəni 2 hissəyə bölmüşdük. Bakıdakı 2:0 hesablı qələbə bizi arxayınlaşdırmamalı idi. “Kəpəz” kimin rəhbərliyi altında oynamaqdan asılı olmayaraq, həmişə bütün komandalar üçün keçilməz sədd yaradıb. Gəncə futbolu hazırda tənəzzüldə olsa da, inanıram ki, Yunis Hüseynovun rəhbərliyi altında layiq olduğu yerə qayıdar. Uşaqlarımıza ancaq alqış düşür. Verdiyimiz tapşırıqların layiqincə yerinə yetirdilər. Arzu edirəm ki, nə qada-bala var, 2017-ci ildə qalsın. Hamının yeni ilini təbrik edirəm”.

 

Qeyd edək ki, “Keşlə” yarımfinalda “Qarabağ” – “Sumqayıt” cütünün qalibi ilə üz-üzə gələcək.